HAYLANDURLAR – hun tayfası. 5 әsr hadisәlәri ilә әlaqәdar Yeğişenin әsәrindә adları çәkilir. Çora keçidindәn şm.-da mәskunlaşmış, 5 әsrdәn başlayaraq Cәnubi Qafqaza, әsasәn, Albaniyaya (Qafqaz) hücumlar etmişlәr. Cәnubi Qafqazda Sasanilәrә qarşı azadlıq müharibәsi dövründә (450–451) alban knyazı Vahanın vasitәçiliyi ilә üsyançılarla H. arasında müqavilә bağlanmışdı. Lakin H. Avarayr vuruşmasında (451) üsyançılara kömәk etmәmişdilәr. 452 ildә Cәnubi Qafqaza hücum edib çoxlu әsir vә qәnimәt әlә keçirәn H. Dәrbәnd sәddinin bir hissәsini dağıtmışdılar. Sasanilәrdәn çoxlu pul alan H. Alan keçidi (Dәryal) vasitәsilә Albaniyaya hücum edib 5 әsrin 60-cı illәrindә Albaniya hökmdarı Vaçenin üsyanını yatırmışdılar. H.-ı Bizans mәnbәlәrindә adları çәkilәn onoqurlarla eynilәşdirirlәr.

Haykou şәhәrindәn görünüş.










