HAYLÁR, Hulun – Çinin şm.-ş. hissәsindә, Heyluntszyan әyalәtindә şәhәr. Əh. 262,2 min (2000). Haylar çayı vadisindәdir. Nәql. qovşağı. H. tarixi sәnәdlәrdә ilk dәfә qeyd olunarkәn әrazisindә dunxuların mәskunlaşması haqqında mәlumat verilir. Sinimperiyası dövründә bu torpaqlar Xeyluntszyan szyantszyununa tabe idi. 1732 ildә bu әraziyә evenklәr, daurlar, oronçilәr vә barqutlar tayfasından tәqr. 4 min ailә köçürülmüş, 1734 ildә möhkәmlәndirilmiş şәhәrcik salınmışdı. Hulun vә Buir göllәrinә yaxın olduğundan Hulunbuirçen, yaxud Hulunçen adlandırılsa da, xalq arasında buradan axan Haylar çayına görә “H.” adlandırılmışdır (rәsmәn 1936 ildәn). Şәrqi Çindәmir yolu üzәrindә yerlәşdiyindәn Rusiya ilә Çin arasında bağlanmış müqavilәyә әsasәn bu әrazilәr xüsusi statusa malik idi. 1931 il dekabrın 5-dә H. yapon qoşunları tәrәfindәn zәbt olunmuşdu. SSRİ-Yaponiya müharibәsi gedişindә, 1945 il avqustun 10-da sovet qoşunları tәrәfindәn tutulmuşdur. 1949 ilin aprelindә Daxili Monqolustan muxtar rayonu yaradılmış vә H. Huna aymakının tәrkibinә daxil edilmişdir. 1969 ildә Hulun-Buir aymakı ilә birlikdә Xey luntszyan әyalәtinin tәrkibinә keçmiş, 1979 ildә Daxili Monqolustanın tәrkibinә qaytarılmışdır. 2001 ildә Hulun-Buir aymakı şәhәr dairәsinә çevrilmiş, keçmiş H. şәhәri isә onun tәrkibindә şәhәr tabelikli rayon olmuşdur.










