Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HÁYLE SELÁSSİYE 
    HÁYLE SELÁSSİYE I (tacqoyma mәrasiminәdәk Teferi Mekonnın) (23.7.1892, Harer әyalәti, Icersa-Qoro – 27.8.1975, Əddis-Əbәbә) – Efiopiya imperatoru. İmperator II Menelikin qohumu olan görkәmli dövlәt xadimi vә sәrkәrdәnin oğlu. 1906 ildәn Selale әyalәtinin, 1908 ildәn Sidamo әyalәtinin, 1910 ildәn Harari әyalәtinin qubernatoru idi. 1916 ildә baş vermiş dövlәt çevrilişindәn sonra imperatriçә Zauditunun regenti olmuşdur. “Gәnc efioplar” hәrәkatına başçılıq edәn H.S. güclü mәrkәzlәşdirilmiş Efiopiyanın, ictimai hәyatın modernlәşdirilmәsinin, quldarlığın vә qul alverinin lәğv edilmәsinin tәrәfdarı idi. Zauditunun ölümündәn sonra, 1930 ilin noyabrında taxta çıxmışdır. 1931 ildә ölkә tarixindә bütün hakimiyyәti imperatorun әlindә cәmlәşdirәn vә yalnız әyanların nümayәndәlәrindәn ibarәt ikipalatalı parlamentin yaradılmasını nәzәrdә tutan ilk konstitusiyanı elan etmişdir. İtaliya-Efiopiya müharibәsi (1935–36) dövründә İtaliya tәcavüzünә qarşı mübarizәyә rәhbәrlik etmiş, 1936 ilin mayında ölkәdәn qaçmış, B.Britaniyada mühacirәtdә olduğu müddәtdә Efiopiyanın azadlığı uğrunda mübarizәyә xarici dövlәtlәri cәlb etmәyә çalışmışdır. 1941 ilin mayında vәtәninә qayıtmış vә 1949 ilәdәk bütün Efiopiya әrazisindә hakimiyyәtini bәrpa etmişdir. Quldarlığı qәti şәkildә lәğv etmiş, 1955 ildә tәbәәlәrә bir sıra siyasi hüquqlar verәn yeni konstitusiyanı qәbul etmişdir; әslindә isә mütlәqiyyәt üsuli-idarәsini möhkәmlәndirmiş, repressiya aparatını güclәndirmiş, vaxtı çatmış aqrar vә digәr sosial-iqtisadi islahatları keçirmәkdәn faktiki olaraq imtina etmişdir. 1963 ildә Afrika Birliyi Tәşkilatının (ABT) yaradılmasının tәşәbbüskarlarından biri olmuşdur. 1962 ildә Eritreyanın (1952 ildә BMT-nin qәrarı ilә Efiopiyaya verilmişdir) muxtariyyәtini lәğv etmiş, sonrakı illәrdә burada başlayan milli azadlıq üsyanını yatırmağa çalışmışdır. Efiopiyada milli-demokratik inqilab (1974–87) gedişindә devrilmiş, hәbsxanada vәfat etmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU