Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HÁYLER
    HÁYLER (Heiler) Fridrix (30.1.1892, Münxen – 28.4.1967, Münxen) – alman dinşünası vә ilahiyyatçısı. Münxen Un-tindә tәhsil almış (1911–17), orada privat-dosent (1918–20), Marburq Un-tindә (1920–62), Münxendә prof. (1962 ildәn) vәzifәlәrindә çalışmışdır. Almaniyada Una Sancta ekumen hәrәkatının banilәrindәn biri olmuş, 1929–33 vә 1947–62 illәrdә Auqsburq mәzhәbinin Yüksәk kilsә birliyinә başçılıq etmişdir. H.-in әsәrlәri dinin fenomenologiyasına vә müqayisәli dinşünaslığa aiddir. “Dinin tәzahür formaları vә mahiyyәti” (“Erscheinungsformen und Wesen der Religion”, 1961) adlı başlıca әsәrindә R.Ottonun “numinoz tәcrübә” (fövqәltәbii qüvvәyә malik “müqәddәslә” qarşılaşma zamanı yaranan qorxu, sevinc vә tәәccüb hissi) ideyasını inkişaf etdirәrәk, dini fenomenin tәrkibindә qarşılıqlı әlaqәdә olan üç elementi fәrqlәndirmişdir: müqәddәs predmet, müqәddәsliyin yaşantısı vә müqәddәs obraz. H. din tarixindә ibtidai vә “sadә” inanclara xüsusi diqqәt yetirәrәk, dinin mәnbәyini “ölülәr” (әcdadlar, qәhrәmanlar, müqәddәslәr) kultu ilә, başqa sözlә, ölümdәn sonra insan hәyatının özünәmәxsus davamına inancla әlaqәlәndirir vә göstәrirdi ki, buddizmdә, xristianlıqda vә islamda yayılmış müqәddәslәr kultu qәdim inancların yeni dinlәrә keçmәsinә rәvac vermişdir. “Dua. Dini-tarixi vә psixoloji tәdqiqat” (“Das Gebet. Eine religionsgeschichtliche und religionspsychologische Untersuchung”, 1919) adlı ilk fundamental әsәrindә duanı sosial-mәdәni baxımdan tәdqiq edәn H. duaedәnin Allaha münasibәtdә ünsiyyәt mәqsәdlәrinin müxtәlifliyini nәzәrә alaraq, özünәmәxsus dua tipologiyası irәli sürürdü: qorxu vә hәr hansı arzudan tәzahür edәn spontan dua-istәk, formalaşdırılmış ritual dua, etik-estetik fәlsәfi dua, dua-meditasiya, Allahla qovuşmağa yönәlmiş mistik dua, Allahla dialoq şәklindә olan peyğәmbәr duası. H.-in әsәrlәri dinin fenomenologiyasının sonrakı inkişafını müәyyәnlәşdirmiş, K.Q.Yunqa vә 20 әsrdә dәrin psixologiyanın digәr nümayәndәlәrinә tәsir göstәrmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU