HÁYMOR, Xaymor (Highmore) Nataniel (6.2.1613, Xemptonşir qraflığı, Fordinqbric – 21.3.1685, Dorsetşir qraflığı, Şerborn) – ingilis anatomu vә hәkim. 1634 ildә Oksford Un-tinin tәbiәtşünaslıq fakültәsinә daxil olmuş vә oranı bitirdikdәn sonra Şerbornda hәkim işlәmişdir. İlk dәfә olaraq әng boşluğunu – haymor boşluğunu, habelә xayaların anatomik quruluşunu (xayanın ağlı qişasının qalınlaşmış arxa hissәsi haymor cismi adlandırılmışdır) tәsvir etmişdir. H.-un bir sıra әsәrlәri müqayisәli anatomiyaya hәsr edilmişdir.
Ə s ә r i: Corporis humani disquisition anatomica. Hagae, 1651.










