Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAYMORİT 
    HAYMORİT (Highmoritis), h e y v a n l a r d a – әng cibinin (Haymor mağarasının) selikli qişasının vә selikaltı qatının iltihabı. H. zamanı iltihab prosesi sümük üstlüyünә vә sümüyә yayılır. H. atlarda vә itlәrdә, çox az halda b. heyvanlarda müşahidә edilir. Kәskin vә xroniki, kataral (serozlu) vә irinli H. ayırd edilir. İrinli H.-in sәbәblәri irinli rinit, frontit, infeksion xәstәliklәr (saqqo, manqo), dişlәrin kariyesi, irinli alveolyar periodentitdir. H. cavan heyvanlarda raxit zәminindә baş verә bilәr. Əng sümüyünün sınıqları, nüfuzedici yaralar, güllә (qәlpә) zәdәlәri travmatk H.-ә sәbәb ola bilәr. Çox vaxt H.-in başvermә sәbәblәri yem hissәciklәrinin, parazitlәrin burunun cib boşluğuna düşmәsi, hәmçinin, şişlәrin (karsinomalar, sarkomalar) dağılması, aktinomikoz, botriomikoz olur. Kәskin kataral H. zamanı әng cibindә serozlu-selikli maye toplanır. Çox vaxt burundan axıntı vә limfa düyünlәrinin şişmәsi baş vermir. Cib nahiyәsinin perkussiyası küt sәs verir. İrinli kәskin H. zamanı burundan başı әyәrkәn güclәnәn birtәrәfli selikli-irinli, çox vaxt üfunәtli axıntı gәlir. Müvafiq çәnә altının limfa düyünlәrindә şişmә, qızdırma müşahidә olunur. Çox vaxt göz qapaqlarında ödem vә konyunktivit tәzahür edir. Ağrılı tәrәfdә çeynәmә aktı pozulur. Xroniki hallarda üst çәnә sümüyünün nazilmәsi nәticәsindә onun konfiqurasiyasının dәyişilmәsi baş verir, zәdәlәnmiş tәrәfin cib nahiyәsindә ağrı olur vә perkussiya zamanı küt sәs gәlir. H.-in ağır hallarında baş beyin qişalarının, alın ciblәrinin, xәlbir vә pazabәnzәr sümüklәrin irinli iltihabı, görmәnin pozulması, çәtin tәnәffüs, tövşümә vә b. simptomlar ola bilәr. Bu cür ağırlaşmalar nәticәsindә bәzәn ölüm baş verir. D i a q n o z: kliniki vәziyyәt vә rentgenoskopik mәlumatlar әsasında qoyulur. Şübhәli hallarda diaqnostik trepanasiya aparılır. Burundan irinli axıntı zamanı manqo, saqqo, rinit, frontit xәstәliklәrini istisna etmәk lazımdır. M ü a l i c ә s i: kәskin kataral H.-in başlanğıc mәrhәlәsindә mentol buxarı ilә inhalyasiya tәyin edilir, heyvana sulfanilamid verilir, әzәlә daxilinә penisillin, streptomisin yeridilir, alın cibi vә burun nahiyәsi “Sollüks” vә Minin lampaları ilә şüalandırılır, USM vә ya diatermiya tәtbiq edilir. Odontogen H.-dә kariyesli diş çıxarılmalı, ağız boşluğu dezinfeksiyaedici mәhlullarla müntәzәm yaxalanmalıdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU