HAYNÁN – Cәnubi Çin dәnizindә ada. Materikdәn Haynan boğazı vasitәsilә ayrılır. Çin әrazisinә daxildir. Sah. 34 min km2. Adanın şm.-ı allüvial düzәnlik, c.-u vә mәrkәzi hissәsi alçaqdağlıq vә ortadağlıqdır (hünd. 1867 m-әdәk, Uçjişan d.). İqlimi tropik mussondur; yanvarda orta temp-r düzәnliklәrdә 16–19°C, iyulda 29°C-dir. İllik yağıntı 1200–1500 mm, dağlarda 3000 mm-әdәkdir. Dağ yamacları hәmişәyaşıl meşәlәr vә kolluqlarla örtülmüşdür, düzәnliklәrdә çәltik, pambıq, şәkәr qamışı vә s. әkilir. 20-dәn çox qiymәtli ağac növü (o cümlәdәn tik vә sәndәl ağacı); Ledun-Szyanfınlin rezervatı, bir neçә yasaqlıq var. Ənәnәvi turizm vә istirahәt yeridir. İqtisadi mәrkәzi adanın şm.-ında yerlәşәn Haykou ş.-dir.

Nanşan buddizm mәrkәzi. Sanya şәhәri (Haynan adası)










