HAZIRƏHMƏDLİ – Azәrb. Resp. Goranboy r-nunda kәnd. Hazırәhmәdli ә.d.-nin (Hazırәhmәdli, Bәşirli, Göynüyәn, Qara suçu k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 37 km şm.-q.-dә, Bozdağ silsilәsinin әtәyindә, Gәncә-Qazax düzәnliyindәdir. Əh. 2408 (2019); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, mәdәniyyәt evi, kitabxana, tibb mәntәqәsi var.










