HAZIRLIQ İŞLƏRİ, i n ş a a t d a – bina vә tikililәrin inşası vә ya yenidәn konstruksiya edilmәsi üçün әrazinin hazırlanması. H.i.-nә layihә-smeta sәnәdlәrinin hazırlanması, tikinti әrazisinin ayrılması vә maliyyәlәşdirilmә hәll edildikdәn sonra başlanılır. H.i.-ndәn әvvәl tikinti meydançasının hazırlanması vә mühafizәsi tәşkil olunmalıdır. Vәtәndaşların sökülәcәk vә ya rekonstruksiya edilәcәk yaşayış binalarından köçürülmәsi; tikinti üçün ayrılmış sahәnin tәmizlәnmәsi, lazımsız ağacların, kolların qırılması vә kötüklәrin çıxarılması; torpaq qatının götürülmәsi vә daşınması; tikinti meydançasında sanitar-mәişәt xidmәti, istehsalat vә anbar tәyinatlı yığılıb-sökülәn, sәyyar, yaxud konteyner tikililәrinin yerlәşdirilmәsi; tikinti materialları, konstruksiyalar vә avadanlıqların qәbulu üçün meydançaların qurulması H.i.-nә aiddir. Hazırlıq әrazisindә tikinti meydançasının şaquli planlaşdırılması, sәth vә qrunt sularının kәnarlaşdırılması, mövcud mühәndis şәbәkәsinin yenidәn qurulması ilә әrazinin hazırlanması; müvәqqәti enerji, istilik, su tәchizatı, kanalizasiya, rabitә şәbәkәsinin, hәmçinin avtomobil vә piyada yollarının, d.y-larının çәkilmәsi vә s. yerinә yetirilir. Bütün H.i. obyektdәki tikinti-qu raşdırma kompleksi ilә texnoloji cәhәtdәn uyğunlaşdırılmalıdır.










