HEBEFRENİYA (yun. ήδη – gәnclik, cinsi yetişkәnlik + φρήν – ağıl, ruh) – şizofreniyanın gәnclik forması; yeniyetmә yaşda başlayaraq sürәtlә ağıl zәiflәmәsinә vә şәxsiyyәt pozuntusuna sәbәb olur. 1871 ildә alman psixiatrı E.Hekker (1843–1909) tәrәfindәn tәsvir edilmişdir. Sürәtlә inkişaf edәn özünәmәxsus ağıl zәiflәmәsi (әdәbazlıq, nәdimlik, sünilik, qeyri-adekvat coşqunluq, mәnaca rabitәsiz danışıqla cәfәng boşboğazlıq) ilә depressiyanın, maniyanın, şüur dolaşıqlarının birbirini әvәz edәn vәziyyәti vә әn sadә mәntiqi mühakimә qabiliyyәtinin olmamasında özünü göstәrir. Davranış tәrzi mәqsәdsiz vә mәnasız olur, emosional kütlük, davranışın gerilәmәsi getdikcә artır.










