HECA – nitqin bir vә ya bir neçә sәsdәn ibarәt әn kiçik tәlәffüz vahidi; H.-da yalnız bir sait sәs iştirak edir. Bütün dünya dillәrindә sait sәslәr hecadüzәldәn sәs kimi tanınır. Lakin bәzi dillәrdә (ingilis, serb, çex dillәrindә) “l, n” sonorları da hecadüzәldәn sәslәrdәn sayılır. Azәrb. dilindә yalnız saitlәr hecadüzәldәn sәslәrdir. Sözün tәrkibindә neçә sait varsa, bir o qәdәr dә heca var. Azәrb. dilindә H.-nın 4 әsas növü mövcuddur: ancaq bir saitdәn ibarәt tam açıq H. (a-ta), hәr iki tәrәfi samitlә әhatә olunmuş tam qapalı H. (daş-lıq), samitlә başlayıb saitlә bitәn açıq H. (nә-nә) vә saitlә başlayıb samitlә bitәn qapalı H. (ar-mud). H.-lar heca düzәldәn saitlә qovuşan samitin sayına vә mövqeyinә görә müxtәlif tiplәrә ayrılır. Azәrb. dilindә 17 H. tipi mövcuddur. Onlardan 7-si hәm әsil Azәrb. sözlәrindә, hәm dә alınma sözlәrdә olan ümumi tiplәrdir, 10-u isә yalnız alınma sözlәrdә olan xüsusi tiplәrdir.
Əd.: D ә m i r ç i z a d ә Ə. Müasir Azәrbaycan dili. Fonetika, orfoepiya, orfoqrafiya. B., 2007.










