Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HECA VƏZNİ
    HECA VƏZNİ – şeirdә ritmik hissәlәrin – durğuların növbәlәşmәsinә әsaslanan vәzn. Xalq arasında barmaq vәzni dә deyilir. H.v.-ndә olan әsәrdә misraların hamısında, yaxud әsәri tәşkil edәn ayrı-ayrı hissәlәrdәki misralarda hecaların sayı bәrabәr olur. Orta әsrlәrdәn başlamış türkdilli xalqların, o cümlәdәn Azәrb.-ın şifahi vә yazılı әdәbiyyatında әn işlәk şeir vәznidir. Bir çox Avropa vә Asiya xalqlarının (fransız, italyan, ispan, polyak, yapon, monqol vә s.) poeziyasında da geniş yayılmışdır. AvestaOrxon-Yenisey abidәlәrindә, “Kitabi- Dәdә Qorqud” dastanlarında, Mahmud Kaşğarinin “Divanü lüğat - it-türk” әsәrindә, Şәrq poeziyasında Ə.Yәsәvi, Y.İmrә yaradıcılığında heca vәznli şeirlәrә rast gәlinir. Azәrb. şifahi xalq şeiri (bayatı, qoşma, gәraylı vә s.) әsas etibarilә H.v.-ndә yaradılmışdır. Azәrb. әdәbiyyatında heca vәznli şeirin ilk nümunәlәrini orta әsrlәrdә Qasım Ənvar, İ. NәsimiXәtai yazmış, sonralar bir sıra sәnәtkarların yaradıcılığında istifadә edilmişdir. M.P.Vaqif, Q.Zakir, S.Vurğun, M.Müşfiq, B.Vahabzadә, H.Arif, Ə.Kürçaylı, M.Araz vә digәr şairlәr H.v.-ndә mükәmmәl bәdii sәnәt nümunәlәri yaratmışlar. H.v.-nin Azәrb. şeirindә 3–4 hecalıqdan tutmuş, 15–16 hecalığa qәdәr müxtәlif formaları işlәnmişdir ki, bunlarda 60-a yaxın durğu (bölgü) növü özünü göstәrir. Əruz vәznindәki tәqtilәrdәn vә tonik vәzndәki stopalardan fәrqli olaraq, bu vәzndәki durğular sözlәri müxtәlif parçalara ayırmır; eyni hecalı şeirlәrin bir vә ya bir neçә durğu növü, variantı olur; 11 hecalığın 4+4+3, 4+3+4, 3+4+4, 7+4(4+7), 6+5 vә s. durğu növlәri, variantları mövcuddur. Hәr şeirdә, әsasәn, bir durğu növündәn istifadә edilir. Bәzәn şeirin bәndlәrindә vә ya hәcmcә böyük olan şeirin hissәlәrindә bir neçә durğu növü işlәdilir (poetikada buna ipostasa deyilir) ki, bu da әsәrdә ritm әlvanlığı vә zәnginliyi yaradır. Azәrb. xalq şeirindә, elәcә dә aşıq poeziyasında bu vәznin 5, 7, 8, 11, 14, 15, 16 hecalı şәkillәri daha çox işlәnmişdir. Müasir Azәrb. şeirindә onun 9, 10, 12, 13 hecalı şәkillәri dә yaradılmışdır. H.V. daha çox dil qanunlarına bağlı olduğundan, mütlәq vәzn qanunlarına әsaslanan әruz vәznindәn özünün dinamikliyi, inkişafa, zәnginlәşmәyә meyli ilә seçilir.
    Əd.: Ə l i y e v M. Azәrbaycan şeirinin vәznlәri.B., 1983; P i r s u l t a n l ı S.P. Azәrbaycan şifahi xalq şeiri vә heca vәzninin inkişaf tarixi. B., 2013; Ş i r v a n i Ə d i l l i. Azәrbaycan şeirindә forma mәsәlәlәri. B., 2014.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU