HECALI DİLLƏR – fonologiya sistemindә әsas vahidi heca olan dillәr (Çin vә Cәnub-Şәrqi Asiyanın әksәr dillәri). H.d. sadә heca strukturuna malikdir, sәslәrin maks. tәrkibi samit (samitlәr qrupu) + yarımsait + sait + partlayan samit (yarımsait)-dir. H.d.- infonoloji sisteminin xüsusi xarakterinә dair tәsәvvürlәr fonetika vә morfologiya, fonetik variativlik, tarixi fonetika vә s.-in mәlumatlarının qarşılıqlı әlaqәsinә әsaslanır. Bu dillәrdә heca vә morfemlәrin hüdudları, adәtәn, üst-üstә düşür, odur ki, morfemin eksponenti (göstәricisi) fonoloji cәhәtdәn hecadan “qısa” ola bilmәz; hecaların hüdudları yerdәyişmәyә mәruz qala bilmәz. Heca daxilindә morfem sәrhәdi mümkün deyil vә morfem düzәltmәk üçün minimal element hecadır. Bu, hecanı (sillabemi) konstitutiv imkanlar baxımından fonem ilә qarşılaşdırıla bilәn vahid edir. Lakin heca daxilindә morfoloji (qeyri-morfem) sәrhәd dә var: morfolojilәşmiş әvәzlәnmәlәr, dәyişәn komponentli affikslәr, yarımtәkrarlar vә s. Bu, hecada iki әsas hissәni ayırmağa imkan verir: inisial (başlanğıc samiti, nadir hallarda konsonant qrupu) vә final (hecanın bütün qalan hissәsi). Final onun bütövlüyünә dәlalәt edәn variativlik göstәrә bilәr. Fonetik mürәkkәblikdәn asılı olmayaraq, final, adәtәn, daimi davamlılığa malikdir. Mürәkkәb finalın tәrkibindә daha aşağı dәrәcәli komponentlәr (medial, sentral, terminal vә s.) ayırd edilir. Dillәrin әn kiçik fonoloji vahid olan heca ilә mövcud ola bilmәsi haqqında fәrziyyәlәr L.V.Şerbanın әsәrlәrindә әksini tapmışdır. Y.D.Polivanov, A.A.Draqunov, M.V.Qordina H.d.-in bir sıra problemlәrinә dair tәdqiqatlar aparmışlar.
Əd.: К а с е в и ч В. Б. О соотношении незнаковых и знаковых единиц в слоговых и неслоговых языках // Проблемы семантики. М., 1974; y e n ә o n u n. Фонологические проблемы общего и восточного языкознания. М., 1983.










