Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HECLƏMƏ
    HECLƏMƏ (ing. hedge – sığorta, zәmanәt) – risklәrin sığortalanması; әmtәә, tәdiyә, hesablaşma, maliyyә-kredit vә valyuta әmәliyyatları zamanı yaranan risklәrdәn sığortalanmaq üçün tәtbiq olunan maliyyә mexanizmlәri vә alәtlәrinin (forvard müqavilәlәri vә fyuçerslәr) mәcmusu. H.-nin mәqsәdi baza aktivi qiymәtinin dәyişilmә riskinin azaldılmasıdır. Nağd pul bazarında öhdәliklәri tarazlaşdırmaq üçün müddәtli bazarda әks-istiqamәtli saziş bağlanır; hәr hansı qiymәt dәyişikliyi zamanı bir saziş üzrә zәrәr, digәri üzrә gәlir formalaşır. H. nәticәsindә risklәr vә gәlir azalır. H. imkan verir ki, müddәtli sövdәnin yekun anınadәk mümkün itkilәr sığortalansın, real әmtәә vә maliyyә aktivlәrinin ticarәti zamanı xәrclәr azaldılsın vә kommersiya әmәliyyatlarının effektivliyi artırılsın. Beynәlxalq maliyyә hesabatları standartlarına әsasәn opsion satış H. әmәliyyatı hesab olunmur. H.-nin növlәri: alqıda, uzunmüddәtli H. – mümkün qiymәt artmasından qorunmaq mәqsәdilә fyuçers sövdәsinin alışı; satqıda, qısamüddәtli H. – mümkün qiymәt enmәsindәn qorunmaq üçün fyuçers sövdәsinin satışı. H.-lәr: tam (sövdәnin bütün mәblәğini heclәyәn); qismәn (sövdә mәblәğinin bir hissәsini hәclәyәn); xalis, klassik spot (hesablaşmanın nağd, yaxud 2 gün әrzindә aparılmasını nәzәrdә tutan) vә müddәtli (bazarda bir-birinә әks mövqelәrin açılmasını nәzәrdә tutan); önlәyici (aktiv vә öhdәliklәr faktiki әldә edilmәdәn derivativlәrin alınması, yaxud satılması); selektiv (real әmtәә vә fyuçers üzrә sövdәlәr seçmә momentlәrdә vә müxtәlif sayda әmtәәlәr üzrә aparılır); çarpaz (fyuçers sazişinin H. üsulu baza aktivinin H. üsulundan fәrqlәnir, yәni fyuçersin baza aktivi risklәri sığortalanmış baza aktivlәri ilә üst-üstә düşmür) olaraq fәrqlәndirilir. Mühasibat uçotunda H. hesabatda valyutanın (sövdә üzrә hesablaşma tarixindә xarici valyutada nağd olan, yaxud tәlәb olunan) mәblәğini tәyin etmәk mәqsәdilә müqavilәnin yerinә yetirilmәsidir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU