Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HEFÉST
    HEFÉST (Ἥφαιστος) – qәdim yunan dinindә vә mifologiyasında od vә dәmirçilik allahı. Kiçik Asiya mәnşәli Olimp allahıdır. Hәm od ünsürünün özü, hәm dә od amiri kimi çıxış edir. ZevsHeranın (digәr versiyaya görә, ancaq Heranın) oğludur. H.onun çirkin görünüşündәn dәhşәtә gәlәn Hera vә oğlunu cәzalandıran Zevs tәrәfindәn iki dәfә Olimpdәn atıldığına görә hәr iki ayağından axsaq idi. H. ona Areslә xәyanәt edәn Afrodita ilә, yaxud xaritlәrdәn biri ilә evlәnmişdir. H.-dә eybәcәrlik ağılla vә sәnәtkar mәharәti ilә, yәni daxili gözәllik zahiri eybәcәrliklә birlәşir ki, bu da qәdimdә simvolik başa düşülmüşdür (Platonun “Ziyafәt” dialoqunda Sokratın daxili gözәllik vә zahiri eybәcәrlik haqqında mülahizәlәri). H.-in klassik obrazı dәmirçi, emalatxanası yaratdığı әsәrlәrlә dolu mahir sәnәtkardır. Homer (“İliada”, XVIII) H.-in Axill üçün hazırladığı qalxanın müfәssәl tәsvirini verir. O, Afinanın qalxanını, Heliosun cәng arabasını, Heranın yataq otağını hazırlamış, Zevsin әmrilә torpaqdan vә sudan gözәl, lakin yalançı Pandoranı vücuda gәtirmişdir. Olimpdәn devrildikdәn sonra H.-i dәmirçixanasının yelәşdiyi Lemnos a.-nın sakinlәri xilas etmişdilәr. Samos a.-ndakı Hefestion vә Hefestopol şәhәrlәri onun şәrәfinә adlandırılmışdı. Ehtimal ki, H. kultu materikә Egey dәnizi adalarından gәtirilmişdir. Afinada sәnәtlәrin himayәçisi kimi pәrәstiş olunurdu. Qәdim Roma mifologiyasında H.-ә Vulkan uyğundur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU