HEGESİ ( ̒Hγησίας) (tәqr. e.ә. 320 – e.ә. 280) – qәdim yunan filosofu, Kirena mәktәbinin nümayәndәsi. Aclıq yolu ilә özünәqәsdin tәbliğatçısı kimi tanınmış, buna görә “ölüm müәllimi” (πεισιθάνατος) lәqәbini qazanmışdı. Hәzzin ali nemәt olması haqqında kirenaiklәrin hedonist prinsipinә әsaslanaraq iddia edirdi ki, xalis hәzz yoxdur, hәzz hәmişә әzabla müşayiәt olunur vә ona görә yaşamağa dәymәz. H.-nin mühazirәlәrindәn sonra onun bәzi dinlәyicilәri intihar edirdilәr.










