HÉGGİNS (Huggins) Uilyam (7.2.1824,London – 12.5.1910, orada) – ingilis astronomu, London Kral Cәmiyyәtinin üzvü (1865 ildәn) vә prezidenti (1900–05). Spektral analizi vә fotoqrafiyanı astronomiyada ilk tәtbiq edәnlәrdәn biri olmuşdur. 1864 ildә qaz dumanlıqlarının mövcudluğunu tam sübuta yetirmişdir. Ulduzların kimyәvi tәrkibinin tәdqiqi ilә mәşğul olmuşdur. 1868 ildә bir sıra parlaq ulduzların spektrlәrindә xәtlәrin sürüşmәsinә görә onların şüa sürәtini tәyin etmişdir. Kometlәrin spektrlәrinin qaz dumanlıqlarının spektrlәrindәn fәrqli olduğunu göstәrmişdir; kometlәrin spektrlәrindә karbon zolaqların varlığını müәyyәn etmişdir. Tutulma olmadığı zaman Günәş dә protuberansları ilk müşahidә edәnlәrdәn biri H. olmuş vә 1882 ildә Günәş tacının fotoşәklini almışdır. 1902–05 illәrdә radiumun spektrini tәdqiq etmişdir.











