HEKÀTA (Ἑκάτη) – yunan dini vә mifologiyasında qaranlıq, gecә qarabasmaları, cadugәrlik ilahәsi, titanların nәvәsi; Kiçik Asiya mәnşәlidir. H. Olimp allahlarının titanlar üzәrindә qәlәbәsindәn sonra öz köhnә funksiyalarını saxlasa da, Zevsin müttәfiqinә çevrilmiş vә insanlara kömәk edәn allahların arasına daxil olmuşdur (ovçuluq, çobanlıq vә ictimai işlәrin hamisi hesab edilirdi). O, Yasonun sevgisini әldә etmәkdә vә zәhәr hazırlamaqda Medeyaya kömәk etmişdir. Romalılarda “üçyol” ilahәsi Triviya ilә eynilәşdirilirdi. Əlindә mәşәl, әksәr halda saçlarına ilanlar dolanmış halda (bәzәn üçüzlü) tәsvir olunurdu.










