HEKAYƏ (әr.
) – kiçik hәcmli epik janr; H.-dә qәhrәmanın hәyatının konkret dövrünü, xarakterinin mühüm cәhәtini açıb göstәrmәklә müәllif özünün bәdii ümumilәşdirmә bacarığını nümayiş etdirir. Geniş yayılmış H. tiplәrindәn biri novelladır. Mәnzum vә mәnsur şәkildә yazılır. Azәrb. әdәbiyyatında mәnzum H.-nin tarixi daha qәdimdir (N.Gәncәvinin “Sirlәr xәzinәsi” poemasındakı mәnzum hekayәlәr vә s.). Mәnsur H.-nin ilk nümunәlәrini İ.Qutqaşınlı (“Rәşid bәy vә Sәadәt xanım”), A.Bakıxanov (“Kitabi-Əsgәriyyә”) vә M.F.Axundzadә (“Aldanmış kәvakib”), mükәmmәl nümunәlәrini isә C.Mәmmәdquluzadә, Ə.Haqverdiyev, Y.V.Çәmәnzәminli, Seyid Hüseyn, Mir Cәlal, Ə.Mәmmәdxanlı vә b. yaratmışlar. 20 әsrin 60-cı illәrindәn başlayaraq, H. janrı Anar, Elçin vә digәr yazıçıların yaradıcılığında inkişaf edәrәk, yeni mәzmun, yeni poetik keyfiyyәtlәr qazanmışdır.










