HÉKKEL Yakov Yakovleviç (18.7.1901, Sankt-Peterburq – 30.12.1965, Leninqrad) – rus okeanoloqu, qütb tәdqiqatçısı. Leninqrad Un-tini bitirdikdәn (1932) sonra Arktika vә Antarktika ETİ-dә işlәmişdir; 1947 ildәn coğrafiya şöbәsinin müdiri, 1953 ildәn prof. 20-dәn çox coğrafi ekspedisiyanın iştirakçısı olmuşdur. Arktika hövzәsinin ilk batimetrik xәritәsini tәrtib etmiş, Şimal Buzlu okeanında tәbii zonallığın varlığını sübut etmiş, Çukot dәnizindә axınları tәdqiq etmişdir. Şimal Buzlu okeanında kәşf etdiyı sualtı silsilәyә onun adı verilmişdir.










