HÉKMAN (Heckman) Ceyms (d.19.4. 1944, Çikaqo) – Amerika iqtisadçısı, Nobel mükafatı laureatı (2000). Prinston Un-tini bitirdikdәn (1968) sonra Kolumbiya Un-tindә, İqtisadi Araşdırmalar Milli Bürosunda çalışmışdır. 1973 ildәn M.Fridman, H.Bekker, L.Hansen vә C.Koulmenlә әmәkdaşlıq etdiyi Çikaqo Un-tindә müәllim işlәmişdir. Milli EA-nın üzvüdür (1992 ildәn). H.-ın әsәrlәri әmәyin iqtisadiyyatı, diskret seçim nәzәriyyәsi vә mikroekonometrikaya hәsr edilmişdir. Davranışların müxtәlifliyi vә onların iqtisadiyyatda әhәmiyyәtini tәdqiq etmişdir. H. vә hәmkarlarının işlәyib hazırladıqları mikroekonometrik modellәr fәrdin davranışını daha yaxşı anlamağa, sosial-iqtisadi siyasәti daha obyektiv vә ciddi empirik tәhlil etmәyә imkan verir.
Ə s ә r l ә r i: Shadow prices, market wages and labor supply // Econometrica. 1974. Vol. 42. №4; A life cycle model of earnings, learnings and consumption // Journal of Political Economy. 1976. Vol. 84. № 2; Dummi endogenous variables in a simultaneous equation system // Econometrica. 1978. Vol. 46. № 4; Sample selection bias as a specification error // Ibid. 1979. Vol. 47. № 1; Giving kids a fair chance. Camb. (Mass.), 2013.











