HEKSAMETİLENTETRAMİN, u r o t r o p i n – heterotsiklik birlәşmә.

Quruluşu adamantan ilә eynidir. Şirintәhәr rәngsiz kristal maddәdir. H.-i ilk dәfә 1860 ildә A.M.Butlerov sintez etmişdir. H. 230℃-dә havada kömürlәşir, vakuumda 230℃-dәn yuxarı temp-rda sublimasiya edir. Suda, karbonsulfiddә hәll olur; zәif turşularla azda vamlı duzlar әmәlә gәtirir, qüvvәtli turşuların tәsirindәn formal dehid ayrılmaqla parçalanır, qәlәvi mәhlulların tәsirinә davamlıdır. H. sәnayedә formaldehidin ammonyakla kondenslәşmәsindәn alınır. Dәrman preparatlarının komponenti, antiseptik vasitә, fenol-formaldehid qatranlarının bәrkidicisi, fungi sid, heksogen istehsalında xammal kimi istifadә olunur.










