HEKTAR – metrik ölçü sistemindә sahә vahidi. ha ilә işarә olunur. 1 ha, tәrәfi 100 m olan kvadratın sahәsinә bәrabәrdir. “Hektar” adı ar sahә vahidinә hekto… söz önlüyünün әlavә edilmәsindәn әmәlә gәlmişdir. 1 ha = 100 ar = 10000 m2; 1 desyatin = 1,09254 ha.










