HEQÁNQ – Çinin şm.-ş.-indә Xeyluntszyan әyalәtindә şәhәr. Əh. 1,1 mln. (2010). Santszyan düzәnliyinin q.-indәdir. Sin imperiyası dövründә Tanyuan qәzasının tәrkibinә daxil olan bu әrazidә kiçik Heli qәs. yerlәşirdi. 1914 ildә burada daş kömür ehtiyatlarının aşkarlanması ilә әrazi sürәtlә inkişaf etmәyә başladı, 1926 ildә dәmiryol xәtti çәkildi, 1929 ildә daş kömür mәdәnlәri rayonunda Szeszi qәs. salındı. Mancuriyada oyuncaq Mançjou-qo dövlәti yaradıldıqdan sonra, daş kömür Yaponiya şirkәtlәri tәrәfindәn hasil olunurdu, işsiz qalmış çinlilәr isә cәnuba köçәrәk burada Sinszeszi (“Yeni Szeszi”) qәs.-ni saldılar. 1939 ildә Mançjou-qoda aparılmış inz.-әrazi bölgüsünә görә Santszyan vil.-nin tabeliyindә Heli qәzası yaradıldı. 1948 ildә Heli qәzasına Sinşan adı ilә şәhәr dairәsi statusu verildi. 1949 ildә Sinşan Heqanq adlandırıldı. Kömürçıxarma sәnayesi mәrkәzidir (ildә 15–17 mln. t daş kömür). 2010 ildә H.-ın ÜDM-i 16,1% artaraq 25,1 mlrd. yuan (әyalәtin prefektura sәviyyәli şәhәrlәri arasında 13-cü yer) olmuşdur. İnkişaf etmiş sahәlәr: k.t. mәhsullarının tәkrar emalı, qida vә içki mәhsulları, әczaçılıq preparatları, süd mәhsulları, elektrik enerjisinin istehsalı vә paylanması, meşә sәnayesi. İçun – Heqanq avtomobil yolu, Dzya musi – Heqanq vә Heqanq – Luebi avtomagistralları, H.-ın yaxınlığında Siamusi aeroportu var.










