HÉLENA – ABŞ-ın şm.-q.-indә şәhәr. Montana ştatının inz. m. Əh. 28,2 min (2010; aqlomerasiyada 74,8 min). Missuri çayının yuxarı axınında, 1237 m hündürlükdә yerlәşir. Ticarәt-maliyyә mәrkәzidir. Kimya, yeyinti sәnayesi var. Şәhәrin әsası 1864 ildә qızılaxtaranlar tәrәfindәn qoyulmuşdur.










