HELİKOBÁKTER İNFÉKSİYASI – hәzm orqanlarının (әsasәn, mәdәnin vә onkibarmaq bağırsağın) xәstәliklәri; inkişafı onların selikli qişasının spiralşәkilli Helicobacter pylori bakteriyaları ilә xroniki yoluxması ilә әlaqәdardır. Xroniki qastritdә onun etiologiyası haqqında ideyanı ilk dәfә 1982 ildә Avstraliya alimlәri B.C.Marşall vә R.Uorren (Nobel mükafatı, 2005) irәli sürmüşlәr. Sonralar epidemioloji tәdqiqatlar yolu ilә müәyyәn edilmişdir ki, H.i.-na yoluxma planetin әhalisi arasında 60% tәşkil edir. İnkişaf etmәkdә olan ölkәlәrdә uşaqların 90%-ә qәdәri, 30 yaşına çatdıqda, demәk olar ki, bütün әhali, inkişaf etmiş ölkәlәrdә isә uşaqların 5–15%-i, yaşlıların 20–65%-i yoluxmuşdur. Lakin yoluxmuş әhalinin әksәriyyәtindә (90%-ә qәdәr) H.i.-nın heç bir simptomu aşkar edilmәmişdir. İnfeksiya mәnbәyi insandır; yoluxma prosesindә ev heyvanlarının rolu şübhәlidir. Ə s a s ә l a m ә t l ә r i: qastrit vә mәdә vә onikibarmaq bağırsağın xorası üçün sәciyyәvi olan simptomlar. M ü a l i c ә n i n ә s a s p r i n s i p i: eradikasiya (mәdәdә vә onikibarmaq bağırsaqda törәdicilәrin tam mәhv edilmәsi). Antibiotiklәr, ibtidailәrә qarşı dәrmanlar (metronidazol vә s.), bismut preparatları, omeprazol vә s. istifadә olunur.










