Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HELİKÓPTER
    HELİKÓPTER (yun. έλιξ – vint, πτερόν – qanad) – qaldırıcı qüvvәsi vә irәlilәmә hәrәkәti bir vә ya bir neçә aparıcı vint vasitәsilә yaradılan, havadan ağır uçuş aparatı. H. konstruksiyasına oxşar quruluşlu aparatın çertyojunu ilk dәfә Leonardo da Vinçi tәrtib etmişdir. İlk uçan H. modelini isә 1754 ildә M.V.Lomonosov yaratmışdı. İrәlilәmә uçuşu edә bilәn ilk H.-i 1907 ildә P.Kornyu (Fransa) qurmuşdur. 1930 ilә qәdәr etibarlı konstruksiyaya malik H. yaratmaq mümkün olmamışdır. 1930 ildә yaradılmış 1-EA konstruksiyası 1932 ildә 605 m hünd.-yә qalxa bilmişdir. Aparıcı vintlәrin yaratdığı aerodinamik qüvvәlәrin qiymәtinin vә istiqamәtinin dәyişdirilmәsi hesabına H. istәnilәn nöqtә üzәrindә havada asılı vәziyyәtdә qala vә müxtәlif istiqamәtlәrdә uça bilir. Bu xüsusiyyәtlәri H.-ә mәhdud ölçülü, hazırlıqsız meydançadan (binanın damı, gәminin göyәrtәsi vә s.) şaquli istiqamәtdә qalxmağa vә enmәyә imkan verir. Mühәrriklәrin imtinası zamanı H. avtorotasiya rejimindә şaquli kiçik sürәtlә enәrәk uçuşunu davam etdirә bilir. H.-lәr tәyinatına (çoxmәqsәdli, sәrnişin, nәql., hәrbi, H.-kran vә s.) vә uçuş kütlәsinә (çox yüngül, yüngül, orta, ağır); aparıcı vintlәrin intiqalının tipinә (mexaniki vә reaktiv); aparıcı vintlәrin sayına (bir, iki vә çoxvintli) vә onların qarşılıqlı yerlәşmәsinә (uzununa, eynioxlu, eninә), uçub qalxma qurğularının tipinә (quru, amfibiya) görә tәsnifatlandırılır. Çox nadir uçuş xüsusiyyәtlәrinә görә H.-lәr hәrbi vә mülki mәqsәdlәrlә geniş istifadә olunur. Mülki H.-lәr sәrnişinlәrin vә yüklәrin daşınması, tikinti-quraşdırma vә k.t. işlәrinin yerinә yetirilmәsi, tibbi yardımın vә ictimai tәhlükәsizliyin tәmin edilmәsi, yanğınların söndürülmәsi, yolların, neft-qaz kәmәrlәrinin mühafizәsi, qәza-xilasetmә işlәri, әtraf mühitin monitorinqi, aeroçәkilişlәr, antiterror әmәliyyatları vә s.-nin aparılmasında tәtbiq edilir. Hәrbi H.-lәr 140-dan çox ölkәnin ordu vә dәniz aviasiyasında (qoşunların desantlaşdırılması, hәrbi vә digәr yüklәrin daşınması, zirehli texnikaya, yerüstü istehkamlara vә canlı qüvvәyә zәrbә vurulması, qoşunların hәrbi dәstәklәnmәsi, hava kәşfiyyatının aparılması, yaralıların tәxliyәsi, rabitәnin vә qoşunların idarәedilmәsinin tәmini, sualtı qayıqlarla mübarizәnin vә radiolokasiya nәzarәtinin aparılması) geniş istifadә olunur.
    CH-47 Chinook nәqliyyat helikopteri (ABŞ).
    Pilotsuz H. müşahidәlәr aparmaq, kәşfiyyat, monitorinq vә s. mәsәlәlәr üçündür. Aparıcı vinti mexaniki intiqallı H.-dә burucu (fırladıcı) moment aparıcı vintin valına әsas reduktordan vә mühәrriklәrin (qaz-turbinli vә porşenli) transmissiyasından ötürülür. Reaktiv intiqallı H.-dә isә burucu moment reaktiv mühәrrikdәn vә ya ucluqdan çıxan qazların reaksiya qüvvәsindәn yaranır. Aparıcı vintin reaktiv momentinin tarazlaşma üsulundan vә onların yerlәşmәsindәn asılı olaraq H.-lәr bir neçә növә bölünür: reaktiv momenti tarazlaşdırmaq üçün vinti quyruq hissәsindә yerlәşәn b i r v i n t l i H.; iki aparıcı vinti bir hәndәsi ox üzәrindә yerlәşәn vә reaktiv momentlәri tarazlaşdırmaq üçün әks istiqamәtlәrdә fırlanan – i k i v i n t l i H.; aparıcı vintlәri füzelyajın qabaq vә arxa hissәlәrindә yerlәşәn vә әks istiqamәtlәrdә fırlanan u z u n u n a sxemli ikivintli H.; aparıcı vintlәri füzelyaja nәzәrәn köndәlәn oxda yerlәşәn vә әks istiqamәtlәrdә fırlanan e n i n ә sxemli (tәyyarә sxeminә bәnzәr) ikivintli H.; aparıcı vintlәri bir-birindәn minimum mәsafәdә yerlәşәrәk ç a r p a z l a ş a n vә әks istiqamәtlәrdә fırlanan eninә sxemli ikivintli H. Bütün H.-lәr füzelyajla şassidәn, idarәetmә orqanlarından, elektrik, radioelektronika vә naviqasiya avadanlığından, aparıcı vint sistemindәn vә transmissiyadan ibarәtdir. Üfüqi uçuşda maks. sürәti 400 km/saat; uçuş uzaqlığı 800 km-dir. Seriyalı H.-lәrin faydalı yükü 0,4 t-dan (yüngül H.-lәr) 25 t-adәkdir (ağır H.-lәr).
     
    OH-1 Ninja hәrbi helikopteri (Yaponiya).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU