HELİOBAKTERİYALAR (Helio bacterium) – qrammüsbәt fototrof bakteriyalar cinsi; sitoplazmatik membranlarında g bakte rioxlorofilinin olması sayәsindә oksigensiz fotosintezi hәyata keçirir. Basillәr vә klostridilәr yarımqrupuna aiddirlәr. İri (2–3 mkm) siqarşәkilli çubuqlar, zәif burulmuş spirillәr vә kip (sıx) spirallardır. Hüceyrәlәrin yanlarında yerlәşәn qamçıların kömәyilә hәrәkәt edirlәr. Endosporlar әmәlә gәtirirlәr. Şiddәtli anaeroblar, heterotroflar olub piruvatları vә bәzi digәr üzvü substratları qıcqırtmaq qabiliyyәti vardır. Fәal azot fiksatordуr. H.-ın bәzi növlәri hidrogen-sulfidi kükürd elementinә qәdәr oksidlәşdirir, bir sıra növlәri isә orta termo- vә alkalifillәrdir. Tәrkibindә cüzi miqdarda karotinoid piqmentlәri var. Rütubәtlәnmiş torpaqlarda, qaynar bulaqların vә sodalı göllәrin sianobakteriyalı döşәnәklәrindә yaşayır.










