Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HELİOFİZİKA
    HELİOFİZİKA (helio... + fizika) (Günәş fizikası) – astrofizikanın bölmәsi; Günәşin fiziki tәbiәtini, mәnşәyini vә tәkamülünü tәdqiq edir. Teleskop ixtira olunduqdan dәrhal sonra Günәşin elmi tәdqiqatları başlanmışdır. 1611–12 illәrdә Q.Qaliley vә tәqribәn eyni zamanda alman astronomları K.Şeyner vә Y.Fabrisius Günәş lәkәlәrini aşkar etmişlәr. Lakin yalnız Qaliley öz müşahidәlәrinә әsasәn lәkәlәrin әsl tәbiәtini aydınlaşdırmış vә göstәrmişdir ki, onlar Günәş cismindә baş verir vә bir sıra xüsusiyyәtlәrә malikdir. Spektral analizin vә fotoqrafiyanın ixtirası Günәş maddәsinin qaz tәbiәtini tәsdiq etmişdir. Lәkәlәrlә yanaşı, Günәş aktivliyinin bir çox başqa dinamik vә qeyri-stasionar xarakterә malik göstәricilәri müşahidә olunmuşdur. 1844 ildә alman astronomu Q.Şvabe Günәş lәkәlәrinin görünmə tsikli barәdә nәticәni dәrc etmişdir. Günәşin әtraflı tәdqiqi üçün ilk dәfә Amerika astronomu D.E.Heylin yaratdığı әvvәlcә üfüqi (1903) vә sonra şaquli (1908) iri, uzunfokuslu Günәş teleskoplarından istifadә olunmuşdur. Heyl, hәmçinin spektrohelioskopu ixtira etmiş vә fotoqrafiyanın tәtbiqi bu alәti spektrohelioqrafa çevirmişdir. Radioastronomiyanın yaranmasından sonra Günәş tacının tәbiәti tam hәll edilmiş, kosmik tәdqiqatlarla isә Günәş külәyinin xüsusiyyәtlәrini, heliosferin parametrlәrini vә xassәlәrini tәyin etmәk mümkün olmuşdur. H. nәzәri tәdqiqatların әsas istiqamәtlәri: nüvә fizikası aparatını cәlb etmәklә Günәşin daxili quruluşunun öyrәnilmәsi vә neytrino astronomiyasının eksperimental imkanları, hәmçinin plazma fizikası vә maqnit hidrodinamikasının tәdqiqi ilә dә mәşğul olur. 20 әsrin 2-ci yarısından bir çox ölkәlәrin (Rusiya, ABŞ, Fransa, Yaponiya vә s.) kosmik aparatlarının kömәyilә kosmik tәdqiqatların inkişafı, Günәşin vә onun aktivliyinin müntәzәm müşahidәsi nәticәsindә H.-nın imkanları hәddindәn çox artmışdır. 1960 illәrdә Günәş rәqslәrin müşahidә olunması Günәş tәdqiqatlarının yeni üsulunun – helioseysmologiyanın inkişafına gәtirmişdir.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU