HELİOKONSENTRÁTOR (helio... + lat. con – birgә + centrum – mәrkәz, cәmlәnmә) – Günәşin şüa enerjisini toplamaq üçün qurğu; Günәşin radiasiya enerjisinin sıxlığını 102–104 dәfә artırır vә eyni zamanda istilik itkisini azaldır. H. müxtәlif formalı yastı, yaxud çökük әksetdiricilәr (güzgülәr) şәklindә, bәzәn dә şәffaf optik fokuslayıcı linzalardan ibarәt olur. Paraboloid şәkilli H.-larda әldә edilmiş maksimal enerji mәnbәyi 35 MVt/m2-dir (Günәşin sәthindә şüa enerjisinin sıxlığı 74 MVt/m2-dir). H.-dan helioqurğularda istifadә edilir.










