Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HELİOQURĞU 
    HELİOQURĞU – Günәş enerjisini toplayan vә onu istifadә üçün әlverişli başqa növ (elektrik, mexaniki vә s.) enerjiyә çevirәn qurğu. “Yastı günәş kollektoru” formasında aşağıtemp-rlu qurğulara (enerji şüalarının tәbii sıxlığı şәraitindә işlәyirlәr) vә xüsusi heliokonsentratorlu qurğulara (soba, günәş mәtbәxi, helioqaynaq üçün qurğu vә s.) ayrılır. Mәişәtdә (o cümlәdәn isti suyun hazırlanması üçün) konsentratorsuz (günәş enerjisi toplayıcısı olmayan) qurğular geniş yayılmışdır. Bu qurğular borucuqlu (kanallı) metal lövhә, yaxud içәrisindәn istilik daşıyıcı axan (su, hava, xüsusi mayeler vә s.) yastı qutu şәklindә konstruksiyadır. Metal lövhә qaraldılır (sәthindә nazik oksid tәbәqәsi yaradılır) vә istilik izolyasiyalı gövdәdә yerlәşdirilir, günәş şüaları düşәn tәrәfindә isә bir vә ya bir neçә şәffaf izolyasiya qatı olur. Sәthi 1 m2 olan belә qurğu (f.i.ә. 0,5-әdәk) gündә 70 l-ә qәdәr suyu 60–80°C temp-radәk qızdıra bilir. Yastı günәş kollektorları әrazinin relyefindәn asılı olaraq, adәtәn, tәrpәnmәz, maili şәkildә quraşdırılır vә cәnuba tәrәf yönәldilir. H.-nun sadә variantı günәş kollektorundan, isti suyu saxlamaq üçün istiliklә izolyasiya edilmiş çәn-akkumulyatordan (bir konstruktiv bloka birlәşdirilir vә binanın damında quraşdırılır), boru kәmәri vә qapayıcı elementlәrdәn ibarәtdir. Belә suqızdırıcılar (Aralıq dәnizi ölkәlәrindә yayılmışdır) çox ucuzdur, ancaq onlarda isti su nisbәtәn tez soyuyur (bayırda saxlanılır). Daha mürәkkәb variantı isә çәn-akkumulyatoru (boyler) binanın daxilindә yerlәşәn H.-dur; kollektorda qızdırılmış istilikdaşıyıcının sirkulyasiyası vә istiliyi kollektordan boylerә ötürmәk üçün kiçikgüclü (40–60 Vt) sirkulyasiya nasosundan istifadә olunur. Belә növ H.-dan (Almaniyada yayılmışdır) istifadә әlverişli vә rahatdır; ikikonturludur: birinci konturda donmayan istilikdaşıyıcılardan (binanın bayırında yerlәşdirilir), ikincidә isә sudan istifadә olunur. Günәş şüalarının yüksәk konsentrasiyası üçün çox vaxt paraboloidşәkilli, paraboloidә bәnzәr vә parabolik-silindrik güzgülәrdәn istifadә olunur. Dәqiq konsentratorlu paraboloid şәkilli H. 3600°C-yә qәdәr temp-r әldә etmәyә imkan verir. Paraboloidşәkilli H. günәş radiasiyalarının müxtәlif qәbuledicilәri (yüksәk temp-rlu sobalar, termoelektrik generatoru, buxar qazanı vә s. ilә) ilә birlikdә yüksәk effektlә tәtbiq edilir. Paraboloi dәbәnzәr H.-nun kömәyilә istilәşdirmә, elektrik enerjisi istehsalı, suyun şirinlәşdirilmәsi vә s. üçün sәnaye parametrli buxar әldә edilir. Parabolik-silindrik H. avtoklavda әrzaq hazırlanması vә s.-dә istifadә edilir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU