HELİOPAUZA (helio… vә lat. pausa – dayandırma) – Günәş külәyinin xarici qatları ilә ulduzlararası mühitin hәrәkәtedәn qazı arasındakı şәrti sәrhәd. H.-da Günәş külәyinin dinamik tәzyiqi qalaktik maqnit sahәsinin, kosmik şüaların vә ulduzlararası qaz tәzyiqinin birgә tәsiri ilә tarazlaşır. H.heliosferi mәhdudlaşdırır vә Günәşdәn 100 a.u. tәrtibindә mәsafәdә yerlәşir.










