HELİOPSİS (Heliopsis) – mürәkkәb çiçәklilәr fәsilәsindәn bitki cinsi. Şimali vә Mәrkәzi Amerikada 10-a qәdәr növü bitir. Hünd. 160 sm-әdәk düz, budaqlanan gövdәli ot bitkisidir. Yarpaqları ovaldır, növbәli, yaxud qarşı-qarşıya düzülmüşdür. Sәbәt çiçәkqrupu (diametri 12 sm-әdәk), süpürgәvarı çiçәk qrupunda toplanmışdır. Sarı rәngin müxtәlif çalarları olan dilcikvarı kәnar çiçәklәri bir neçә sırada yerlәşmişdir; boruvarı orta çiçәklәrinin rәngi sarıdan qәhvәyiyәdәkdir. H. şaxtaya davamlı, işıqsevәndir. Dekorativ mәqsәdlәr üçün H.-in günәbaxanabәnzәr H. (H. heli anthoides) vә nahamar H.-in (H. scabra) bir neçә sortu becәrilir. Qrup әkinlәri, miksborderlәr vә kәsilmiş çiçәklәrdәn buketlәr vә çiçәk kompoziyası yaratmaq üçün istifadә edilir. İyul-avqust aylarında çiçәklәyir. Toxumlarla vә kolun bölünmәsi ilә çoxaldılır.
Günәbaxanabәnzәr heliopsis (H. helianthoides).










