HELİOTROP – mineral – SiO2. Xalsedonun qırmızı lәkәli yaşıl növü. Bәzәn sarı rәngli lәkәlәr müşahidә olunur. H. adәtәn qeyri-şәffaf, nadir hallarda işıqkeçirәn olur. Əsasәn, effuziv süxurlarda badamcıq, jeoda, damarcıq şәklindә rast gәlinir; hidrotermal mәnşәlidir. Əqiq, seladonit, kalsit, xlorit, maqnetit, hematit vә b. minerallarla müşayiәt olunur. Yataqları Hindistan, Almaniya (İder-Oberşteyn), Çexiya, Braziliyada vә Azәrb.-ın Göygöl r-nu әrazisindә (Todan әqiq vә heliotrop yatağı) mәlumdur. Yarım qiymәtli daş vә mәmulat daşı kimi istifadә olunur. Bax hәmçinin xalsedon.

Heliotrop.










