HELİOTROPİN, 3,4- m e t i l e n d i o k s i b e n z a l d e h i d – tәbii üzvi maddә: Əsasәn, heliotrop vә yasәmәn çiçәyindә, vanil qabığında olur. Heliotrop iyi verәn rәngsiz kiristal maddә; tәr. 37ºC, tqayn. 264ºC. Etanolda yaxşı, suda pis hәll olur. Su buxarı ilә asan qovulur. Su, işıq vә havanın uzun müddәtli tәsirindәn parçalanır. Sәnayedә sassafras vә digәr efir yağlarından ayrılan safroldan (4-allil-1,2-metilendioksibenzol) alınır. H. vә onun asetalları әtirli maddәlәrdir, әtriyyat istehsalında vә qida sәnayesindә işlәnir.











