HELİSİDLƏR (Helicidae) – saplaqgözlülәr (әvvәllәr hiqromidlәr – Hygromiidae fәsilәsi ilә birlәşdirilmişdir) dәstәsindәn quru-şirinsu ilbizlәri fәsilәsi. Mezozoy dövrünün sonlarından mәlumdur. Çanağı kürәvarı, yaxud müxtәlif dәrәcәdә yastılanmışdır, diametri 9–60 mm-dir. Avropa, Şimali Amerika, Kiçik Asiya, Ərәbistan ya-sında 200-dәn çox növü, tәqr. 40 müasir vә 20 qazıntı cinsi tapılmışdır; Azәrb.- da H.-in 7 növünә rast gәlinir. Ən çox yayılanı tәnәk ilbizidir (Helix pomatia). Yumurtalarını (150 әdәdә qәdәr) topalarla qoyurlar. Əsasәn meşә sahәlәrindә (bitki örtüyü arasında) yaşayırlar, bәzәn ağaclara qalxırlar. Bitkiyeyәndirlәr. Əsasәn axşamlar vә rütubәtli havalarda fәaldırlar; quraqlıq zamanı vә qışda torpağa girirlәr. Bir neçә iri nümayәndәsini insanlar qida kimi istifadә edirlәr.
Tәnәk ilbizi (Helix pomatia).










