Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HELMHOLTS (Helmholtz)
    HELMHOLTS (Helmholtz), German Lüdviq Ferdinand (31.8.1821, Potsdam – 8.9.1894, Berlin) – alman fiziki, riyaziyyatçısı, fizioloqu, psixoloqu; Berlin EA-nın (1871), London Kral cәmiyyәtinin (1860) üzvü. Peterburq EA-nın әcnәbi üzvü (1868). Berlindә Hәrbitibb İnstitutunu bitirmiş, 1843–48 illәrdә Potsdamda hәrbi hәkim kimi fәaliyyәt göstәrmişdir. Köniqsberq, Bonn, Heydelberq universitetlәrinin fiziologiya üzrә professoru, 1871 ildәn Berlin Universitetinin fizika professoru, 1888 ildәn Berlindәki Fizika-texnika İnstitutunun direktoru olmuşdur. 1847 ildә “Qüvvәnin saxlanması haqqında” әsәrindә H. enerjinin saxlanması qanununun riyazi ifadәsini vermişdir. O, bu qanunun ümumi mahiyyәtә malik olduğunu vә canlı orqanizmlәrdә daxil olmaqla bütün proseslәrә şamil edilә bildiyini göstәrmişdir. Termodina mikanın әsaslarını yaradanlardan biri kimi, H. ilk dәfә әn kiçik tәsir prinsipinin istilik, elektromaqnit vә optik hadisәlәrә tәtbiq oluna bilәcәyini isbat etmiş vә bu prinsiplә termodinamikanın ikinci qanunu arasındakı әlaqәni aydınlaşdırmışdır. 1882 ildә o, sәrbәst enerji (Helm holts enerjisi) vә bağlı enerji anlayışlarını elmә daxil edәrәk, termodinamikanın ikinci qanununun ifadәsini başqa formada vermәklә kimyәvi proseslәrindә tәdqiqinә tәkan vermişdir. Maye axınlarında burulğan hadisәlәrinin (1858 il), aerodinamikada mühüm rol oynayan maye vә qaz axınlarının qırılma proseslәrinin (1868), dәniz dalğalarının yaranma vә yayılma hadisәlәrinin öyrәnilmәsinә öz töhfәsini vermişdir. Elektrik, maqnit, optik hadisәlәrin tәdqiqi sahәsindә mühüm işlәr görәn H. anomal dispersiya nәzәriyyәsini inkişaf etdirmiş, elektrik hadisәsinin atomar mahiyyәtini irәli sürmüş vә leyden bankasında rәqsi boşalma prosesini kәşf etmişdir. H. fiziologiya sahәsindә mәrkәzi sinir sistemini, qurbağada vә insanda sinir impulsunun yayılma sürәtini, reflekslәrin gizli dövrünü, әzәlә sistemindә istilik әmәlә gәlmәsini (1845–47), әzәlәnin yığılma prosesini (1850–54) tәdqiq etmişdir. O, oftalmologiyanın elmi әsaslarının yaradıcılarından biridir. H. gözün anatomiyasını vә fiziologiyasını tәdqiq edәrәk göstәrmişdir ki. göz bülluru iki tәrәfi qabarıq linza, buynuz qişası batıq güzgü rolunu oynayır. O, hәmçinin göz әzәlәlәrinin funksiyasını, yaxın vә uzaqgörmәnin mexanizminin izahını vermiş, eynәklәrin seçilmә metodlarını işlәyib hazırlamışdır. 1859–66 illәrdә H. rәngli görmә hadisәsini gözün tor qişasında rәng hissiyatına malik üç әsas elementin varlığı ilә izah etmiş, bir çox ölçü cihazlarını (oftalmoskop, Helmholts rәqqası vә s.) yaratmışdır. H. fiziki vә fizioloji akustika sahәsindә fundamental işlәr görmüşdür; akustik rezonans nәzәriyyәsini yaratmış, orqan borusu mәsәlәsini hәll etmiş, qulağın işlәmә modelini hazırlamış, ona tәsir edәn sәs dalğalarının xarakterini araşdırmış, daxili qulaqda Korti orqanının rolunu izah etmişdir. Musiqi akustikası sahәsindә isә kombinasion tonların yaranma mexanizmini tәdqiq etmiş vә eşitmәnin tәlimini yaratmışdır (1863). H. elmi psixologiyanın inkişafına da böyük töhfә vermişdir. Onun irәli sürdüyü qavrama konsepsiyasına görә dәrk edilәn (qavranılan) dünya – tipik qavrama şәraitindә әvvәlki tәcrübә vә biliklәrin iştirakı ilә formalaşan anatomik-fizioloji proseslәrin tәzahürü olan duyğular әsasında tәşkil olunur. H.-un bu sahәdәki fәaliyyәti yaddaş, düşüncә (dәrrakә) vә iradә mәsәlәlәrinin tәdqiqinә tәkan verdi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU