HÉLSİNKİ (İsveç dilindә H e l s i n q f o r s ) – Finlandiyanın paytaxtı vә әn iri şәhәri. Uusimaa lyanisinin inz. m. Əh. 655,3 min (2020). Ölkәnin c.-unda, Baltika dәnizinin Fin körfәzi sahilindә yerlәşir. Nәql. qovşağı. Avtomobil yolları H.-ni ölkәnin digәr şәhәrlәri ilә birlәşdirir. Dәniz portu. İsveç, Estoniya, Almaniya, RF ilә bәrә әlaqәsi var. Beynәlxalq aeroport (Helsinki-Vantaa). Metropoliten (1982). 16 әsrdә İsveç kralı I Qustav Vaza tәrәfindәn Helsinqfors (fin dilindә H.) ticarәt şәhәri kimi salınmışdır (әsasının qoyulması 12.6.1550 hesab olunur). 1641 ildә indiki yerinә köçürülmüşdür. Şimal müharibәsinin (1700–21) gedişindә iki dәfә rus qoşunları tәrәfindәn tutulmuşdur. Yaxınlığında Sveaborq qalasının tikilmәsi (1748–90-cı illәr) şәhәrin inkişafına sәbәb olmuşdur. Rusiya-İsveç müharibәsi (1808–09) zamanı güclü dağıntılara mәruz qalmış, sonra yenidәn qurulmuşdur. Böyük Finlandiya knyazlığının paytaxtı (1812–1917) olmuşdur. 20 әsrin әvvәllәrindә Finlandiyanın әn iri şәhәri (әhalinin sayı 100 min nәfәrә çatmışdı), onun mühüm ticarәt-sәnaye vә mәdәni mәrkәzi idi.

Helsinki şәhәrindәn görünüş.
1917 ilin dekabrından H. Finlandiyanın paytaxtıdır (1918 ilin yanvar-may aylarında hökumәt şәhәri tәrk etmişdi) vә fin dilindә adı rәsmәn qәbul edilmişdir. Şәhәrin müntәzәm planlı (1808–17, Y.A.Erenström vә b.) tarixi mәrkәzindә Senat meydanı (imperator II Aleksandrın abidәsi, 1894, heykәltәraş V. Runeberq), tacir Y.Sederholmun evi (1757) vә memar K.L.Engelin Peterburq klassisizmi ruhunda tikililәri [Köhnә ratuşa (1816–18), keçmiş Senat (1818–22; hazırda hökumәt evi), untin (1828–32), Milli kitabxananın (1836–40, rotonda – 1902–06) binaları, Müq. Nikolay lüteran baş kilsәsi (1830–52); Bazar meydanında Y.Heydenştrauxun evi (1816–20, memar P.Qranstedt; 1840-cı illәrdәn Rusiya imperatorlarının sarayı; 1921–93 illәrdә prezident iqamәtgahı), Ali mәhkәmәnin binası (19 әsr); hәmçinin Rıtsar evi (1856–62, memar Q.Hivits), Zümrә evi (1888), Milli arxiv binası (1890, hәr ikisinin memarı Q.Nüström), Ateneum muzeyi (1885–1887, memar KT.Höyer), bir neçә pravoslav kilsәsi vә s. şәhәrin mәrkәzindә yerlәşir. Finlandiya milli teatrı (1901), telefon şirkәtinin (1903–05, memar L.Sonk), Finlandiya milli muzeyinin (1905–10, memarlar Q.Qezellius, Eliel Saarinen vә A.Lindqren) binaları, Mәrkәzi vağzal (1904–14, memar Saarinen), Kallio r-nunda kilsә (1908–12, Sonk) şimal moderni üslubunda inşa edilmişdir. Şәhәrdә hәmçinin neoklassisizm üslubunda parlament binası (1924–31, memar Y.Siren), funksionalizm üslubunda “Lasipalatsi” ticarәt mәrkәzi (1936, memar V.Revell), Olimpiya stadionu (1934–1940, tikintisi 1952 ildә tamamlanmışdır) vә Olimpiya kәndi (1938–40) var. 1950-ci illәrdәn, o cümlәdәn 1961 il (A.Aalto) vә 1970 il (A.Ruusuvuori) layihәlәrinә әsasәn şәhәr q.-ә vә şm.-a doğru genişlәndirilmiş, un-t korpusu (1953–57, memar A. Ervi), Şәhәr teatrı (1967, memar T.Penttilya), “Finlandiya” sarayı (1967–71, Aalto), “Qayada kilsә” (1968–69, memarlar Timo vә Tuomo Suomalaynen qardaşları) inşa edilmişdir.
Finlandiya Milli Teatrı. Helsinki.
1990–2000-ci illәrin tikililәri arasında: Milli operanın binası (1993, memarlar E.Hüvyamyaki, Y.Karhunen vә R.Parkkinen), “Kiasma” müasir incәsәnәt muzeyi (1996–98, memar S.Holl) vә s. 21 әsrin әvvәllәrindәn keçmiş port әrazisindә yeni yaşayış vә ofis binaları tikilir, yaşayış rayonları (Arabianranta, Vuosaari vә s.) salınır. Y.L.Runeberqә (1885, heykәltәraş V.Runeberq), “Üç dәmirçi” (1932, F.Nülund), P.Nurmiyә (1924–25, 1952 ildә qoyulmuşdur, V.Aaltonen), Y.Sibeliusa (1961–67, E.Hiltunen), K.Q.E.Mannerheymә (1960, A.Tukiaynen) abidәlәr qoyulmuşdur. Mәrkәzdәn 3 km cәnub-şәrqdә yerlәşәn adalarda Sveaborq qalası var. Əsas elmi tәdqiqat müәssisәlәri un-tlәrin strukturuna daxildir. Helsinki un-ti, “Hanken” ali iqtisad mәktәbi (1909, indiki adı 1927 ildәn), Paytaxt tәtbiqi elmlәr un-ti (2008), Aalto un-ti (2010 ildә Helsinki iqtisad mәktәbinin, Texnologiya un-tinin, İncәsәnәt vә dizayn un-tinin birlәşdirilmәsi yolu ilә yaranmışdır), İncәsәnәt [2013 ildә Finlandiya rәssamlıq, Y.Sibelius ad. musiqi (1882) vә H. teatr akademiyalarının birlәşdirilmәsi yolu ilә yaranmışdır] un-ti; milli vә un-t kitabxanası (2006), tәqr. 80 muzey, o cümlәdәn dizayn (1873), şәhәr (1911), Finlandiya milli (1916), rәssamlıq: A.Anderson ad., M.L. vә G.Didrixsen ad. (hәr ikisi 1965 ildә) muzeylәri, Finlandiya milli qalereyası [1990; Ateneum (1888), P.Sinebryuxov ad. (1921) vә “Kiasma” (1998) rәssamlıq muzeylәrini birlәşdirir; Mәrkәzi rәssamlıq arxivi], Seurasaari a.-n -da açıq sәma altında muzey (1909; taxta evlәr, kilsәlәr vә s.), hәmçinin – U.Kekkonenin “Tamminiemi” (1987) vә K.Q.E. Mannerheymin (1951) ev-muzeylәri, “Evrika” elmi-populyar mәrkәzi (1989) var. Finlandiya milli (1872, dram), şәhәr (1965, muzikllәr) vә s. teatrlar, milli opera (1911, 1922 ildәn hәmçinin milli balet daxil edilmişdir), Radionun simfonik orkestri (1927), Filarmonik orkestr (1882) vә Filarmonikxor (2007), H. kamera xoru (1962, 2005 ilәdәk Radionun kamera xoru), Un-t cәmiyyәti xoru (1883), “Cantores minores” oğlanlar xoru (1952), Musiqi evi – akademik musiqi konsertlәri üçün şәhәrdә әn iri meydança (2011) vә “Apocalyptica” rok-qrupu (1993) fәaliyyәt göstәrir. “Musicanova” müasir musiqi (1981 ildәn, keçmiş adı “Helsinki Biennale”), Baltika vә Şimal ölkәlәri xoru (1995 ildәn, H.-dә 2012 ildәn), Baltika vә Şimal ölkәlәrinin oğlanlar xoru (2002 ildәn), “Viapori-Jazz” caz (2001 ildәn), “Jazz-Espa” (2000 ildәn) vә s. beynәlxalq festivallar, M.Helin ad. vokalçıların (1984 ildәn),Y.Sibelius ad. violinçilәrin (1965 ildәn), H.Andersen ad. kamera xorlarının (2003 ildәn) beynәlxalq musiqi müsabiqәlәri keçirilir. H. böyük idman mәrkәzidir. 15-ci Olimpiya Oyunlarının (1952) paytaxtı olmuşdur. Olimpiya stadionunda (42 min yer) bir çox iri yarışlar, o cümlәdәn yüngül atletika üzrә 1-ci (1983) vә 10-cu (2005) dünya çempionatları, topla hokkey üzrә 1-ci (1957) dünya çempionatı vә s.; H.-dә dәfәlәrlә şaybalı vә topla hokkey üzrә dünya çempionatları, fiqurlu sürüşmә üzrә Avropa çempionatı (2009) keçirilmişdir. “Helsingin Yalkapalloklubi” (HJK) futbol vә “Yokerit” hokkey klubları dәfәlәrlә ölkә çempionları; müvafiq olaraq “Sonera” (10,8 min yer) vә “Xartvall Arene” (13,5 min yer) stadionlarında çıxış edir. 2014/2015 il mövsümündәn “Yokerit” Kontinental Hokkey Liqasında oynayır.

Müqәddәs Nikolay baş kilsәsi. Helsinki.
“Vermo” ippodromu (ildә 60 qaçış günü) fәaliyyәt göstәrir. H. aqlomerasiyası Finlandiyanın әsas iqtisadi mәrkәzidir: burada milli ÜDM dәyәrinin tәqr. 38%-i istehsal edilir. İqtisadiyyatın әsasını xidmәt sferası tәşkil edir; әn mühüm sektorları inzibati xidmәtlәr (o cümlәdәn H.-nin müxtәlif dep-t vә şәhәr tәşkilatlarında tәqr. 40 min nәfәr işçi), maliyyә biznesi, informasiya-telekom munikasiya (başlıca milli mәrkәz) vә nәql.-logistika (aparıcı şirkәtlәr arasında Finlandiyanın “Finnair” vә “Posti Group” şirkәtlәri), ekspert xidmәtlәri, konsaltinq vә nәşriyyat fәaliyyәti, ETTKİ, ticarәt vә sәhiyyәdir. Burada regional vә beynәlxalq şirkәtlәrin (“European Chemicals Agency” vә s.) ofislәri, Finlandiyanın bir çox şirkәt vә banklarının mәnzil-qәrargahları, o cümlәdәn “OP” (aparıcı milli maliyyә qrupu), “Nokia” (telekommunikasiya avadanlıqları), “Neste” (neft emalı), “Outokumpu” (qara metallurgiya), “Valmet” (maşınqayırma), “Orion” (әczaçılıq preparatları), Finlandiya bankı (mәrkәzi bank; 1811) vә Fond birjası (1912) fәaliyyәt göstәrir. H. aqlomerasiyası Şimali Avropanın mühüm nәql.-logistika vә tranzit mәrkәzidir. H. dәniz portu sәrnişindaşımaya görә 1-ci (ildә tәqr. 9 mln. beynәlxalq sәrnişinlәrә xidmәt göstәrir), yük dövriyyәsinә görә Kilpilahti portundan (11,7 mln. t, tәqr. 97%-i beynәlxalq daşımalar, 2006; әsasәn, istehlak vә әrzaq mәhsulları, xammal vә yarım fabrikatlar gәtirilir, meşә, metallurgiya, yüngül vә yeyinti sәnayesi mәhsulları göndәrilir) sonra 2-ci yerdәdir. Helsinki-Vantaa Finlandiyanın әn iri (dövriyyәsi tәqr. 19,7 mln. sәrnişin, 2014) beynәlxalq aeroportudur. Şәhәr iqtisadiyyatında turizm (o cümlәdәn kruiz) mühüm yer tutur.

Atenium muzeyi. Helsinki.
21 әsrin әvvәllәrindәn kreativ sәnaye (xidmәt sferasını, әsasәn, incәsәnәt vә mәdәniyyәtlә әlaqәli sferası sektorları, o cümlәdәn dizayn vә reklam biznesi), kompüter oyunları (2010-cu illәrin әvvәllәrindә tәqr. 50 şirkәt, o cümlәdәn Finlandiyanın “Rovio Entertainment” vә “Supercell” şirkәtlәri; әsasәn mobil quruluşlar üçün) vә proqram tәminatının (Almaniyanın “Zalando” şirkәtinin bölmәsi vә s.) işlәnib hazırlanması sürәtlә inkişaf edir. Sәnayedә yüksәktexnologiyalı (mürәkkәb elektronika, kimya vә digәr sәnaye sahәlәri üçün innovativ mәhsulların hazırlanması) sahәlәr üstünlük tәşkil edir. Maşın qayırma (o cümlәdәn gәmiqayırma – Arktika dәnizlәri üçün buzqıranlar vә digәr gәmilәr) vә yüngül sәnaye (toxuculuq, tikiş, dәri-ayaqqabı, xәz yarımsahәlәrinә aid kiçik vә orta müәssisәlәr) inkişaf etmişdir.










