HELUÁN, H e l v a n – Misirdә, Qahirәnin cәnubunda şәhәrәtrafı qәsәbә. Nil çayının sağ sahilindә, qәdim Memfis xarabalıqları yaxınlığında Qahirәnәn mәrkәzinin 20 km-liyindә yerlәşir. Əsas kurort mәnbәlәri: isti (33°C-ә qәdәr) dәmir-sulfidli vә natriumxloridli mineral bulaq suları vә quru isti iqlim (orta temp-r yanvarda tәqr. 15°C, iyulda tәqr. 35°C); illik yağıntı tәqr. 40 mm. H.-da olmaq böyrәk (dünyada bu profildәn olan kurortların әn yaxşılarından biri), dәri, dayaq vә hәrәkәt aparatı orqanlarının xәstәliklәri vә s.-nin müalicәsinә kömәk edir. H. 20 әsrdә iri sәnaye mәrkәzi kimi (әtrafında metallargiya kombinatı, gübrә, sement zavodları vә s.) inkişaf etmişdir. Heluan Un-ti (1975), astronomik rәsәdxana mövcuddur. Turizm mәrkәzidir; H. yaxınlığında Misirdә әn qәdim dodinastik dәfnlәr, Heluan nekropolu (e.ә. 30–28 әsrlәr, Qәdim Misirin I–II sülalәsinin dәfnlәri), II–IV sülalә mastabları yerlәşir.










