HEMANTUS (Haemanthus) – nәrgizçiçәyi kimlәr fәsilәsindәn çoxillik ot bitkisi cinsi. Yarpaqları torpağa yaxın (uz. 60 sm-әdәk), oturaq, yaxud saplaqlar üzәrindә, lәtli vә ya pәrdәşәkilli-dәrivarıdır. Çiçәklәri boruvarıdır (uz. 5 sm-әdәk), ağ, narıncı, qırmızı, yarpaqsız çiçәyinin uc hissәsindә 4–8 müxtәlif rәngli yarpaq örtüyü ilә әhatәlәnmiş sıx çәtirlәrdә toplanmışdır. 50-dәn çox növü var; daha çox Orta vә Cәnubi Afrikanın dağ vә dağәtәyi zonalarında, hәmçinin Sokotra a.-da (iriyarpaqlı H. – H. grandifolius) yayılmışdır. Yekaterina H.-u (H. katharinae), al-qırmızı H. (H. coccineus) vә b. yarpaq-dekorativ vә gözәl çiçәkli oranjereya vә otaq bitkilәri kimi becәrilir.

Al-qırmızı hemantus (Haemanthus coccineus).










