Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HEMATOLÓGİYA
    HEMATOLÓGİYA (hemato ... + logiya) – qanqanyaranma haqqında elm. Klinik H. (terapiyanın bir bölmәsi olub, qan xәstәliklәrinin etiologiyasını, patogenezini vә klinik әlamәtlәrini öyrәnir, onların diaqnostikası, müalicәsi vә profilaktikası üsullarını işlәyib hazırlayır), eksperimental, müqayisәli H., serologiya, immunohematologiya, transfuziologiya, koaqulologiya (H.-nın qanın laxtalanmasının biokimyasını, fiziologiyasını vә patogenezini öyrәnәn bölmәsi) vә s. bölmәlәri әhatә edir. Klinik H.-nın nәzәri әsasını qan yaranma haqqında tәlim, hәmçinin qan xәstәliklәrinin sәbәblәrinin, onların inkişaf mexanizmlәrinin vә klinik әlamәtlәrinin öyrәnilmәsini tәmin edәn radiobiologiya, genetika, sitokimya vә s. әlaqәdar elmlәrin mәlumatları tәşkil edir. H.-nın bir elm kimi formalaşmağa başlanması eritrositlәrin kәşfi ilә (M.Malpigi, 1661; A. van Levenhuk, 1673) әlaqәdardır. Qan xәstәliklәrinin sәbәblәrinin vә inkişaf mexanizmlәrinin öyrәnilmәsi laboratoriya praktikasına 1870 ildә fransız hәkimi L.Ş.Malassenin (1842–1909) qanın hüceyrә elementlәrini saymaq üçün kameranı vә 1878 ildә P.Erlixin qanın rәnglәnmәsi üsulunu daxil etdikdәn sonra mümkün olmuşdur. Qan xәstәliklәrinin sistemli şәkildә tәsvir olunmasına 19 әsrdә başlanılmışdır. 1845 ildә R.Virxov leykozu, 1849 ildә T.Addison vә 1868–72 illәrdә A.Birmer pernisioz anemiyanı, 1898 ildә J.Qayem hemolitik anemiyanı tәsvir etmişdir. Müasir klinik H.-da molekulyar diaqnostika, DNT-zondlama tәdqiq etmә vә s. üsulların tәtbiqi keçmişdә müalicә olunmayan bir sıra xәstәliklәrin (kәskin leykozlar, xroniki mieloleykoz, hemorragik diatezlәr) müvәffәqiyyәtlә müalicә olunmasına imkan verir. Hematoloji tәcrübәdә intensiv terapiya, gen mühәndisliyi, endoskopik cәrrahiyyә, sümükiliyi transplantasiya vә s. üsullardan geniş istifadә olunur. Azәrb. Resp.-nda H.-ya aid tәdqiqatlar Hematologiya vә Transfuziologiya İn-tunda, hәmçinin Azәrb. Tibb Un-tinin, Ə.Əliyev ad. Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İn-tunun müvafiq kafedralarında vә elmi laboratoriyalarında aparılır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU