HEMATURÍYA (hemato ... + yun. οΰρον – sidik) – qanın sidiklә ifraz olunması; böyrәk vә sidik yollarının bir sıra xәstәliklәri (şişlәri, vәrәmi, iltihabı, sidikdaşı xәstәliyi), qan xәstәliklәri zamanı, antikoaqulyantlarla müalicәnin ağırlaşması kimi vә s. hallarda tәzahür edir. Mikrohematuriya (ancaq mikroskopik müayinәdә sidikdә eritrositlәrin olmasının aşkar edilmәsi) vә makrohematuriya (qanın sidikdә olması nәticәsindә ona “әt suyu” rәngi vә ya açıq qırmızı rәng vermәsi ilә adi gözlә görünmәsi) ayırd edilir. H. zamanı uroloji müayinәnin vә sistoskopiyanın aparılması göstәrişdir. M ü a l i c ә s i H.-nı törәdәn sәbәbә qarşı yönәlmәlidir.










