HEMERALOPÍYA (yun. ήμέρα – gün + άλαός – kor + θψ, yiyәlik halda – görmә), g e c ә k o r l u ğ u, t o y u q k o r l u ğ u, n i k t a l o p i y a – aşağı işıqlanma şәraitindә (toranlıqda, gecә vaxtı, işıqlı otaqdan qaranlığa keçdikdә) görmәnin әhәmiyyәtli dәrәcәdә pislәşmәsi; gözün orqanik zәdәlәnmәsi vә ya onlarda rodopsin piqmentinin çatışmazlığı ilә әlaqәdar tor qişanın çubuq hüceyrәlәrinin hipofunksiyası ilә şәrtlәnir. İrsi vә qeyri-irsi H. ayırd edilir. İrsi H. iki formanı birlәşdirir: şiddәtlәnәn (piqmentli retinit, ağ nöqtәli retinit, Aşer, Lorens – Muna – Barde – Bidl sindromları vә s.) vә stasionar (normal vә patoloji göz dibi ilә). Qeyri-irsi H. müxtәlif göz xәstәliklәri ilә (ağırlaşmış miopiya, qlaukoma vә s.) müşayiәt edilәn simptomatik vә maddәlәr mübadilәsinin ümumi pozulmaları (A vitamini defisiti, xroniki alkoqolizm, mәdә-bağırsaq yolunun, qara ciyәrin xәstәliklәri vә s.) ilә şәrtlәnәn әsas (funksional) göz xәstәliklәrini birlәşdirir. İrsi H.-nın effektli müalicәsi yoxdur. Qeyri-irsi H.-nın müalicәsi A1, B2, vә PP vitaminlәri ilә aparılır. Proqnoz әsas xәstәliyin xarakterindәn vә ağırlığından asılıdır.
P r o f i l a k t i k a s ı: yüksәk miqdarda A vitamini olan әrzaqlar (süd, yumurta, qara ciyәr, yerkökü, yunan qabağı, kәlәm, ispanaq, göy soğan vә s.) daxil edilmiş tam dәyәrli qidalanma.










