Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HEMODİÁLİZ
    HEMODİÁLİZ (hemo ... + yun. διάλυστς – ayırma) – әvәzedici terapiya üsulu; süni böyrәk aparatının kömәyi ilә orqanizmin hәyat fәaliyyәtinin azotlu vә digәr toksiki mәhsullarının qandan ayrılması üçün istifadә olunur. Qanın böyrәkdәnkәnar (ekstrakor poral) tәmizlәnmәsi mexanizmi hәll olmuş maddәlәrin yarımkeçirici membrandan yüksәk konsentrasiyalı mәhluldan aşağı konsentrasiyalı mәhlula keçmәsi qabiliyyәtinә әsaslanmışdır. Membran ancaq su molekullarını vә hәll olmuş kiçik molekulyar kütlәsi olan maddәlәri keçirir, iri molekullar vә hüceyrәlәr onunla tutulur, yәni qanın zülal vә hüceyrә tәrkibi dәyişilmәmiş qalır. Qan tәmizlәndikdәn sonra pasiyentin qan yatağına geri qayıdır. Zәhәrlәnmәlәr, şok, hemoliz, sepsis, bәzi böyrәk xәstәliklәri, infeksion xәstәliklәr vә digәr patoloji hallarda H. әsas xәstәliyә tәsir etmәdәn böyrәyin itirilmiş funksiyasını әvәz edir. H.-i n a p a r ı l m a s ı ü ç ü n ә s a s g ö s t ә r i ş l ә r: qanda kaliumun 6 mmol/l-dәn vә azotun 30 mmol/l-dәn yüksәk olması; beyindә vә ağ ciyәrdә ödemin, perikarditin, ağır metabolik asidozun inkişaf etmәsi. Böyrәklәrin funksiyası bәrpa olunana kimi gündәlik aparılır. Bir çox xroniki xәstәliklәr (mәs., irsi nefropatiyalar, vaskulit, qırmızı qurd eşәnәyi, şәkәrli diabet, damar vә uroloji xәstәliklәr, böyrәklәrin dәrmanla zәdәlәnmәsi vә şişlәri) xroniki böyrәk çatışmazlığının (uremiyaya qәdәr) inkişaf etmәsinә sәbәb olur, bununla әlaqәdar vaxtında xroniki (proqram) H.-in aparılmasına başlamaq lazımdır (ömürlük olmaqla hәftәdә 3 dәfә 4–5 saat).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU