HEMOERİTRİN – dәmir tәrkibli tәnәffüs piqmenti (metalloprotein); dәniz qurdlarının (sipunkulidlәr, bәzi polixetlәr vә priapulidlәr) vә bәzi çiyinayaqlıların qanında olur. Ən çox öyrәnilәn sipunkulid H.-inin molekul kütәlsi 10,5·104 olub, tәrkibi 16 Fe2+ atomu vә ehtimal ki, hәr biri bilavasitә 2 dәmir atomu ilә әlaqәli (porfirin qrupu yoxdur) olan 8 oxşar zülal subvahidindәn ibarәtdir. Hәmişә ixtisaslaşmış qan hüceyrәlәrindә olur. Oksidlәşmiş forması bәnövşәyi, reduksiya olunmuş forması rәngsizdir.










