HEMOQLOBİNOPÁTİYALAR (hemoglobin + yun. πάσος – hiss, iztirab, xәstәlik, hәyәcan), h e mo q l o b i n o z l a r – hemoqlobin molekulunun α- vә ya β-zәncirlәri formalaşmasının pozulması ilә xarakterizә olunan qan xәstәliklәri qrupu. Demәk olar ki, ancaq “malyariya qurşağı”n da (Ekvatorial Afrika, Aralıq dәnizi ölkәlәri, Сәnubi Hindistan, Cәnubi Çin vә s.) yaşayanlarda müşahidә olunur. Ə s a s ә l a m ә t i – hemolitik anemiya. H. arasında әn çox orağabәnzәrhüceyrәli (drepanositar) anemiya vә talassemiya yayılmışdır.










