HEMÓLİZ (hemo ... + lizis – parçalanma, hәll olma) – eritrositlәrin parçalanması nәticәsindә onların әtraf mühitinә hemoqlobinin ifraz olunması. Fizioloji H., eritrositlәrin hәyat tsiklini başa çatırır (125 günә qәdәr) vә insan orqanizmindә fasilәsiz (başlıca olaraq dalaqda) baş verir. Patoloji H. hemolitik zәhәrlәrin (bakteriya toksinlәrinin, bәzi göbәlәk zәhәrlәrinin, qurğuşunun, arsenin vә s.), soyuğun, bәzi dәrman maddәlәrinin (onlara hәssas olan adamlarda) tәsirindәn, infeksiyalar, hemolitik anemiyalar zamanı, uyuşmayan qan köçürdükdәn sonra, rezus-konflikt vә allergiya zamanı olur. Eritrositlәr qara ciyәrdә, sümük iliyindә, limfa düyünlәrindә, damar yatağında vә s. parçalanır vә hemoqlobinuriya törәdir. M ü a l i c ә s i: H.-i törәdәn patoloji prosesdәn asılıdır.










