HEMOSPORİDİLƏR – qan sporluları (Haemosporida). Apicomplexa tipindәn hüceyrәdaxili parazit ibtidailәr dәstәsi. Tәrq. 200 növü var. Sürünәnlәrin, quşların, mәmәlilәrin, o cümlәdәn insanın qara ciyәr hüceyrәlәrini vә eritrositlәrini zәdәlәyir. H.-in hәyat tsikli sahiblәrin növbәlәşmәsi ilә davam edir. Aralıq sahib (onurğalı heyvanlar vә insan) qansoran cücülәrin (axırıncı sahib) sancması zamanı yoluxur. Aralıq sahibinin daxili orqanlarında parazitlәr bir neçә generasiya (şizoqoniya) yolu ilә çoxaldıqdan sonra eritrositlәrә girir, orada erkәk vә dişi qametlәrә çevrilirlәr. Cinsi proses axırıncı sahibin mәdәsindә hәyata keçir. Hәrәkәtli ziqota (ookineta) mәdәdivarından keçәrәk oosistaya çevrilir. Onun içәrisindә çoxlu miqdarda sporozoitlәr әmәlә gәlir, sonda axırıncı sahibin ağız suyu (tüpürcәk) vәzilәrinә keçir. İnsan üçün patogen malyariya törәdicilәri olan plazmodilәrdir (o cümlәdәn tropik qızdırma törәdәn Plasmodium falciparum vә P. vivax).










