Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HEMOTÓRAKS 
    HEMOTÓRAKS (yun. – αίμα – qan vә θώρακασ – döş) – daxili qanaxma [travma vә ya (nadir hallarda) ağ ciyәr xәrçәngi, vәrәm vә s. zamanı] nәticәsindә döş boşluğuna qan yığılması. Kiçik H. döşdә ağrı, öskürәk ilә özünü göstәrir; onun artması zamanı tәngnәfәslik, sianoz, ürәk fәaliyyәtinin pozulması baş verir. H e y v a n l a r d a e t i o l o g i y a s ı. Döş divarını dәlib keçәn yaralar, ağ ciyәrin yaralanmaları, bәzәn qabırğaların qapalı sınıqları vә bir sıra xәstәliklәr: ağ ciyәr vәrәmi, yenitörәmәlәr, abses, anevrizm, diatez. Hәyat üçün әn tәhlükәli olan formaları ağ ciyәr kökünün iri damarlarının, aortanın vә ürәyin yaralanmasıdır. P a t o g e n e z i. Plevra boşluğuna qanın yığılması plevranın reaktiv iltihabı ilә müşayiәt olunur. Dağılan qan başlanğıcda öz tәrkibinә görә periferik qandan heçnәylә fәrqlәnmir. İlk gündәn ekssudat ona qarışır, hemoqlobinin vә eritrositlәrin miqdarı azalır, limfositlәrin vә monositlәrin, bәzәn eozinofillәrin sayı artır. Plevral boşluğun içәrisindә maye uzun müddәt qalır, sonra seroz-hemorragik xüsusiyyәt alır vә tәdricәn sorulur. İrinlәdici mikroorqanizmlәrin daxil olması ilә maye bulanıq olur, tәrkibindә qan laxtası vә fibrinlәr olur. K l i n i k ә l a m ә t l ә r. Zәdәlәnmiş heyvanlarda kәskin qanaxma zamanı ümumi zәiflik, depressiya, az hallarda yüngül hәyәcanlılıq, konyuktivanın vә dodaqların selikli qişasının göyümtül solğunluğu, tәngnәfәslik qeyd olunur. Ürәk döyüntülәri güclәnir, nәbzi tez-tez vә zәif vurur. Döş qәfәsinin perkyssiyası zamanı döşün aşağı hissәsindә kütlәşmәnin horizontal sәrhәdi aşkar hiss olunur, ekssudativ plevritdә olduğu kimi ürәyin bir qәdәr yerini dәyişmәsi qeydә alınır, kütlәşmәnin sәrhәdindәn aşağı tәnәffüs küylәri eşidilmir. Bәdәn temperaturu norma daxilindә vә ya bir qәdәr aşağı olur (irinli hemoplevrit inkişaf edәrsә, yüksәlir). H. vәrәm, abses, yenitörәmә, hemorragik diatez üzündәn baş verәrsә, qanlı bәlğәmli öskürәk olur. D i a q n o z klinik әlamәtlәr әsasında vә diaqnostik punksiya nәticәsindә qoyulur. Kiçik qanaxmaları (xarici döş venası sәviyyәsinә çatmayan) yalnız rentgenoskopiya vә ya nümunә punksiyası yolu ilә aşkar etmәk mümkündür. M ü a l i c ә. Kәskin xәstәlәnmә hallarında daxili qanaxmanı saxlamaq üçün vena daxilinә 10%-li kalsium xlorid vә ya natrium xlorid mәhlulu yeritmәklә ölçü götürülür, dәrialtına bir neçә yerdәn çoxlu miqdarda at zәrdabı yeridilir, uyğun qan köçürülür. Plevral boşluğa tökülmüş qan döş divarının punksiyası yolu ilә çıxarılır. Bu qanı steril qablara yığıb dәrhal heyvanın venasına yeritmәk faydalıdır. Qanın aspirasiyası ilә eyni vaxtda plevradaxili vә әzәlәdaxili antibiotiklәr tәtbiq etmәk vacibdir. Artan hemoplevrit hallarında plevra punksiyası 1-2 gündәn bir tәkrar edilir. Pnevmaniyaya qarşı profilaktika mәqsәdilә nova kainlә vago-simpatik boyun blokadası etmәk faydalıdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU