Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HÉMPEL
    HÉMPEL Karl Qustav (8.1.1905, Berlin yaxınlığında, Oranienburq – 9.11.1997, Nyu-Cersi ştatı, Prinston) – alman-ABŞ filosofu, Vyana dәrnәyinin iştirakçısı. Göttingen, Heydelberq, Berlin (doktorluq dәrәcәsi, 1934) vә Vyana un-tlәrindә riyaziyyat, fizika vә fәlsәfәni öyrәnmişdir. 1937 ildәn ABŞ-da yaşamış, Yel Un-tinin (1948–55), Prinstonda (1955–73), Pittsburqda (1977 ildәn) un-tlәrin prof.-u olmuşdur. Mәntiqi pozitivizmin metodoloji proqramının işlәnib hazırlanmasında iştirak etmişdir (bax Analitik fәlsәfә). H.-in formulә etdiyi “nәzәriyyәçi dilemması” (bu dilem maya görә, istәnilәn halda nәzәri terminlәri elmi biliklәrin tәrkibinә daxil etmәk olmaz) 1940–60-cı illәrdә nәzәri terminlәrin qismәn interpretasiyası konsepsiyasını qәbul edәn mәntiqi empirizmin transformasiyasına imkan yaratmışdır. H. nәzәri müddәaların müvafiq dil sistemlәrindәn mәna asılılığını müәyyәn edәn “interpretasiya sistemi” anlayışını elmә daxil etmişdir. Elm fәlsәfәsindә o, P.Oppenheymlә birgә deduktiv-nomoloji izah konsepsiyasını qurmuşdur: әgәr hadisәni tәsvir edәn cümlә mәntiqi olaraq qanunlara vә başlanğıc şәrtlәrә uyğun qurulursa, hәmin hadisә izah olunmuş hesab edilir. H.-in bir sıra әsәri ehtimal nәzәriyyәsinin mәntiqi mәsәlәlәrinә, genetik vә dispozisional izah formalarının rekonstruksiyası metodlarına, tәbiyyatşünaslıqla müqayisәdә tarixdә vә ictimai elmlәrdә qanunların vә izahların fәrqlәrinә hәsr olunmuşdur.
    Ə s ә r l ә r i: Der Typusbegriff im Lichte der neuen Logik. Leiden, 1936 (mit P.Oppenheim); Aspects of scientific explanation and other essays in the philoso phy of science. N.Y., 1965; Philosophy of natural science. Englewood Cliffs, 1966; Мотивы и “охватывающие” законы в историческом объяснении // Философия и методология истории. М., 1977; Логика объяснения. М., 1998.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU